AZ

BƏT rəsmisi: 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yaradıla bilər  

Beynəlxalq Əmək Təşkilatının (BƏT) qlobal tədqiqatı enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçidin 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada biləcəyini göstərir.

Bunu BƏT-in İş və sosial müdafiə üzrə baş direktorunun köməkçisi Mia Seppo COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, milli adaptasiya planları və digər iqlim siyasətlərində gənclər, uşaqlar və qadınlarla bağlı məsələyə diqqət yetirilməlidir:

"Təhsil, bacarıqlar, səhiyyə, iş yerləri və sosial müdafiəyə fokuslanaraq insan inkişafına üstünlük verilməlidir. BƏT-in qlobal tədqiqatı göstərir ki, enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçid 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada bilər".

M.Seppo bildirib ki, tam iş potensialının reallaşdırılması yeni "yaşıl iş yerləri" üçün təhsil və təlimə, həmçinin tənəzzüldə olan sənayelərdən işçilərin yeni inkişaf edən yaşıl sahələrə keçidinə kömək etmək üçün yenidən ixtisaslaşma və ixtisasartırmaya böyük sərmayə qoyuluşundan asılıdır:
"Bununla paralel olaraq işçilərin keçid dövründə dəstəklənməsi təmin edilməlidir".

BƏT rəsmisi həmçinin iqtisadiyyatın dayanıqlılığa doğru irəlilədikcə geridə qalmamasını təmin edən sosial müdafiənin təmin edilməsinə də diqqət çəkib.
100 milyondan çox iş yeri yaradıla bilər

Poliqon.info

Seçilən
40
2
poliqon.info

3Mənbələr