AZ

İsrail mətbuatından sensasion İDDİA – Xamneyi komadadır

İsrail mətbuatı sensasiyalı iddia irəli sürüb. İranın dini lideri Ayətullah Əli Xamneyinin günlərdir komada olduğu iddia edilib.

News24.az xəbər verir ki, ABŞ-də nəşr olunan “New York Times” qəzeti də oktyabr ayında Xamneyinin səhhətinin “kritik” olduğunu bildirən məqalə dərc edib.

85 yaşlı Xamneyinin səhhətinin vəziyyəti ilə bağlı Tehrandan hələlik rəsmi açıqlama verilməyib. 

İsrail mətbuatı İranın dini liderini sonuncu dəfə noyabrın 7-də gördüyünü qeyd edərək, ölümü qəti şəkildə elan edildikdən sonra onun yerinə böyük oğlu Müctəba Xamneyinin keçəcəyini iddia edib.

Digər tərəfdən, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Herbert Raymond Makmaster də Tehran rəhbərliyinin Xamneyinin ölümünü yaxın günlərdə elan edəcəyini iddia edib.

Aynurə

Seçilən
25
news24.az

1Mənbələr