AZ

"Xəzərin dayazlaşması ciddi ekoloji və iqtisadi risklər yaradır"

Xəzər regionu zəngin biomüxtəlifliyi və ekosistemi ilə unikal təbii mühiti təmsil edir.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” adlı tədbirdə bildirib.

O qeyd edib ki, son onilliklərdə Xəzər, ciddi ekoloji problemlərlə üzləşib: “Dənizin səviyyəsi müşahidələr tarixində ən aşağı həddə yaxındır”.

"Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyinin artması və biomüxtəliflikdəki dəyişikliklər - bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir. Son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma həyəcan doğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır", - U.Tağıyeva bildirib.

Onun sözlərinə görə, UNEP tərəfindən hazırlanmış “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabat iqlim dəyişikliyi, regional hidrologiya və dəniz səviyyəsinin azalması arasındakı mürəkkəb əlaqəni başa düşməyə imkan verir. Əsas nəticələr arasında dəniz səviyyəsinin dəyişməsinin ekosistemə, iqtisadiyyata və infrastruktura müxtəlif təsirlərini həll etmək üçün əlaqələndirilmiş transsərhəd tədqiqatlara ehtiyac var.

Nazir müavini deyib ki, Xəzər dənizinin ekoloji problemləri əlaqələndirilmiş və qətiyyətli fəaliyyət tələb edir: "Xəzər dənizində su səviyyəsinin azalmasına cavab tədbirləri üzrə əməkdaşlığın gücləndirilməsi barədə Xəzəryanı dövlətlərin bəyannaməsinin qəbulu bu tədbirin mühüm nəticəsi olacaq. O, ümumi regional öhdəliyimizi nümayiş etdirir, ekspert bilikləri, texnologiyalar və maliyyə yardımı ilə dəstəklənən birgə fəaliyyət planını müəyyən edir”.

U.Tağıyeva vurğulayıb ki, birgə fəaliyyət Xəzər regionunun sağlam və firavan gələcəyini təmin etməyin yeganə yoludur.

Seçilən
219
8
azerforum.com

10Mənbələr