AZ

Dini mahnılar yayan oğlana 3 il iş kəsdilər

Özbəkistanın Səmərqənd vilayətinin Nurabad rayonunun 19 yaşlı sakini 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onu "Telegram" vasitəsilə dini ekstremist məzmunlu beş mahnı yaymaqda təqsirli bilib. Oğlan mahnıların məzmununu başa düşmədiyini söylədi.

İş materiallarına görə, gənc oğlan "Telegram" messencerində qrup yaradıb və orada il yarım ərzində internetdən yüklənmiş dini mahnıları yerləşdirib. Onların tərkibində ekstremist və radikal ideyaların olduğu qeyd edilir.

“Bu mahnıları müxtəlif kanallarda eşitmişəm. Onları bəyəndim və mahiyyətini anlamadan qrupa yüklədim. Mən ərəb dilini ümumiyyətlə bilmirəm, sadəcə melodiyaları bəyəndim”, - deyə təqsirləndirilən şəxs məhkəmədə bildirib.

Oğlanın rəhbərlik etdiyi qrupda beş dini mahnı tapılıb. Onların hamısının onun telefonundan qrupa göndərildiyi müəyyən edilib.

Təqsirləndirilən şəxs törətdiyi cinayətdən peşman olaraq cəzasının yüngülləşdirilməsini istəyib. Məhkəmə onu Özbəkistan Cinayət Məcəlləsinin 244−1-ci maddəsinin 3-cü hissəsinin “d” bəndi (dini ekstremizm, separatizm və fundamentalizm ideyalarını ehtiva edən materialları yaymaq, soyğunçuluğa çağırış və ya zorakılıq məqsədi ilə hazırlama və ya saxlama) ilə təqsirli bilib və üç il müddətinə azadlıqdan məhrum edib. (Musavat.com)

Mənbə: yenisabah.az

Seçilən
8
2
yenisabah.az

4Mənbələr