Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rio de-Janeyro şəhərində keçiriləcək G20 sammiti çərçivəsində Ukrayna mövzusunu gündəmə gətirəcək.
Bizim.Media xəbər verir ki, bunu RIA Novosti-yə diplomatik mənbə bildirib. Agentliyin məlumatına görə, Ankaranın məqsədi münaqişə zonasındakı atəşkəsi əldə etməkdir:
"Münaqişənin tənzimlənməsi məsələsi Türkiyə prezidentinin dünya liderləri ilə apardığı bütün beynəlxalq müzakirələrin əsas gündəm mövzusudur”- deyə agentliyə danışan mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu, Türkiyənin xarici siyasətində prioritet məsələdir:
"Əsas məqsəd qan tökülməsinin qarşısını almaq və davamlı atəşkəs əldə etməkdir," — deyə mənbə əlavə edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta