AZ

"COP 29 Azərbaycanın beynəlxalq uğurudur və vətəndaş cəmiyyəti aktiv iştirakını göstərdi" - QHT sədri

QHT.az-a özəl açıqlama verən Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni Azərbaycan Respublikasının tarixi COP 29 təşkilatçılığını yüksək qiymətləndirərək, ölkəmizin bu beynəlxalq tədbiri uğurla həyata keçirməsinin əhəmiyyətini vurğulayıb.

Rauf Zeyni Azərbaycanı mütərəqqi və güclü dövlət olaraq tanıdıb, iqlim dəyişikliyi məsələlərinə dair beynəlxalq layihələrin və təkliflərin diqqətəlayiq olduğunu bildirib. QHT sədri həmçinin, vətəndaş cəmiyyətinin, o cümlədən qeyri-hökumət təşkilatlarının bu tədbirdə fəal iştirakını yüksək qiymətləndirib və COP 29-un gələcəkdə daha geniş miqyasda fəaliyyətlərini davam etdirəcəyinə inandığını qeyd edib: 

"Noyabr ayının 22 -ə qədər COP29 davam edir. Düşünürəm ki, yenə də aktiv fəaliyyət, geniş fəaliyyət öz işini davam etdirəcək. Ümumiyyətlə, layihələr baxımlıdır. Biz yenə də baxmalıyıq ki, bundan sonrakı illərdə məhz COP 29-un çərçivəsində təqdim olunan təkliflər, layihələr, hansı yeni çağırışlar yeni hədəfləri müəyyən edir. Biz onları əlbəttə ki, Dövlət Dəstəyi Agentliyi olaraq, qeyri hökumət təşkilatları olaraq onları nəzərdən keçirməliyik".

Daha ətraflı məlumat üçün yaxın zamanda müsahibəni təqdim edəcəyik.

 

Pərvanə Fərhadqızı

Seçilən
20
qht.az

1Mənbələr