“Yuxarı Lars” keçid məntəqəsindən 2290-dən çox yük avtomobili keçmək üçün gözləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, bunların 600-dən çoxu Ermənistana məxsus yük avtomobilləridir.
Bildirilib ki, buna səbəb hava şəraitinin pisləşməsidir.