AZ

İqlim dəyişikliyi həyat tərzimizin hərtərəfli yenidən qiymətləndirilməsini tələb edir - İtaliyanın təhsil naziri

Bakı. Trend:

İqlim dəyişikliyi həyat tərzimizin hərtərəfli yenidənqiymətləndirilməsini tələb edir.

Trend xəbər verir ki, bubarədə İtaliyanın təhsil naziri Giuseppe Valditara COP29çərçivəsində keçirilən “İqlimə davamlı gələcək üçün insaninkişafına sərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş” də çıxışızamanı deyib.

O qeyd edib ki, bu kontekstdə təhsil bilik və məlumatlılığınəldə edilməsində əsas rol oynaya bilər.

“Elmi və mədəni biliklər, səriştələr insanlara doğru və yalanməlumatı ayırd etmək, dözümlülük yaratmaq bacarıqlarını inkişafetdirmək üçün vacibdir. Biz elmi yanaşmaya inanırıq. Bizim üçüniqtisadi artım və ətraf mühitin mühafizəsi birlikdəirəliləməlidir.

Gələcək nəsillərin maraqları naminə sağlamlıq, təhsil,bioiqtisadiyyat, biomüxtəlifliyin və ekosistemlərin qorunmasınaxüsusi diqqət yetirməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
16
az.trend.az

1Mənbələr