AZ

Paşinyan Müstəqillik Bəyannaməsini rədd edərək sülh yolu açıq? – Eskpert RƏYİ – ÖZƏL

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında Müstəqillik Bəyannaməsinin Ermənistanın mövcudluğunu şübhə altına aldığını bildirib və bunun "ermənilərin ən böyük problemi və faciəsi" olduğunu vurğulayıb. Paşinyanın bu bəyanatı, erməni mediasında bəyannamənin rədd edilməsi və Konstitusiyadan ərazi iddialarına dair istinadların çıxarılması ilə bağlı qərar verdiyini kimi qəbul olunur. Bu addım, Ermənistanın Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü əsas tələblərdən birini qəbul etdiyi kimi qiymətləndirilir.

Siyasi şərhçi Elman Vəliyev Olaylar.az-a açıqlamasında hər iki tərəf arasında sülh zəmininin yarandığını qeyd edib:

"Azərbaycan tərəfi bunu bəyan edirdi. Deyirdi ki, yenidən düzəlişlər edilsin, ərazi iddiaları var, onların üstündən xətt çəkilsin. Deməli Paşinyan razı olub. Artıq sülh üçün başqa nə olsun?! Ancaq bu, müxalifət üçün bir bayraq olar. Paşinyan da fərqindədir ki, müxalifəti qıcıqlandırmaq olmaz. Artıq iki tərəf arasında sülh zəmini yarandı, maneə ola biləcək qüvvə maraq qüvvələri ola bilər, yoxsa iki tərəf razıdır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr