“Köhnə zədəm yeniləndi, tam sağalmayıb”.
Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin müdafiəçisi Bəhlul Mustafazadə deyib.
O, UEFA Millətlər Liqasının V turunda Estoniya ilə matçda qələbə qazana bilmədiyimizə görə məyus olduğunu bildirib:
“Təəssüflər olsun ki, qələbə qazana bilmədik. Bu oyunda nə olursa olsun 3 xal qazanmalıydıq.
Bacarmadıq, ona görə də komanda şəklində məyusuq. Deyə biləcəyim çox şey yoxdur”.