Bakı. Trend:
Azərbaycan İkiillik Şəffaflıq Hesabatlarının (BTR) təqdimedilməsində mühüm rol oynayır və əhəmiyyətli töhfə verir.
Trend xəbər verir ki, bubarədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə başdanışıqçı Yalçın Rəfiyev COP29 çərçivəsində keçirilən tədbirdəjurnalistlərə açıqlamasında bildirib.
"Ümumilikdə iqlim fəaliyyəti sahəsində şəffaflıq əsaselementlərdən biridir. Əsas məqam odur ki, dövlətlər hər beş ildənbir öz məqsədlərini bəyan edərək, növbəti beş il üçünambisiyalarını müəyyənləşdirir və onların icra planlarınıhazırlayır.
Şəffaflıq hesabatları hər iki ildən bir bu planların icrasınıneffektivliyini qiymətləndirən sənədlərdir. Azərbaycan bu il ilkdəfə belə hesabatlar təqdim edəcək. İlin əvvəlindən biz İkiillikŞəffaflıq Hesabatlarını prioritet elan etdik, müxtəlif dövlətlərləfəal işlədik və bu gün onların çoxu artıq hesabatlarını təqdim edibvə ya ilin sonuna qədər təqdim edəcək.
Bu istiqamətdə Azərbaycan mühüm rol oynayır və əhəmiyyətlitöhfələr verir, bu da digər dövlətlər tərəfindən yüksəkqiymətləndirilir. Bu prosesi sürətləndirmək üçün biz artıq müxtəlifdövlətlər tərəfindən dəstəklənən və təsdiqlənmiş bir bəyannaməqəbul etməyi təklif etdik. Onun əsas mahiyyəti ondan ibarətdir ki,növbəti illərdə Bakı Şəffaflıq Platforması vasitəsilə zəruritəlimlər və texniki dəstək təmin ediləcək.
Bu, vaxt və əhəmiyyətli resurslar tələb edən bir prosesdir.Azərbaycanın təşəbbüsü həmçinin qərb donor dövlətləri tərəfindən dədəstəklənir. Gələcək illərdə dövlətlərə yardım bu dəstək, həmçinin,Azərbaycanın öz resursları hesabına göstəriləcək", - deyə Y.Rəfiyevvurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.