Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) aksiya keçirilib.
APA xəbər verir ki, “Mavi zona”da aksiyalar üçün müəyyən olunmuş ərazidə Afrika ölkələrindən olan iqlim fəalları “Uşaqlar iqlim ədaləti tələb edirlər, bizi öldürməyi dayandırın!”, “Emissiyaların azaldılması üçün nə qədər tabut?”, “Afrikalı gənclər iqlim ədaləti tələb edir”, “İqlim maliyyəsini artırın!” və digər plakatlar qaldırıb, mahnılar ifa ediblər.
Rəbiyyə Əhmədova