AZ

İnfarkt indi 20 yaşlarında da müşahidə edilir - FAKTLAR

Dünyada hər 15 saniyədə 1 nəfərin ölümünə səbəb olan infarkt indi 20 yaşlarında da müşahidə edilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, kritik açıqlama, kardiologiya mütəxəssisi prof. Dr.Ərtoğrul Okuyandan gəlib.

Açıqlamaya görə, ürək-damar xəstəlikləri bütün dünyada ən çox görülən ölüm səbəbi olmaqla, çağın əsas sağlamlıq problemlərindən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada əsas ölüm səbəbləri olan bu xəstəliklər infarktdan tutmuş insulta qədər geniş spektri əhatə edir. Bəyanatda fikirlərinə yer verilən prof. Dr. Ərtoğrul Okuyan ürək-damar xəstəliklərinin artıq yalnız yaşlı insanları təsir etmədiyinə diqqət çəkərək, bu xəstəliklərin gəncləri də əhatə etdiyini bildirib.

Dünyada hər 15 saniyədə 1 nəfərin infarktdan öldüyünü bildirən Okuyan deyib: "Bu, qorxulu rəqəmdir. Xüsusilə gənc yaşlarda infarktdan ölümlərin artdığını müşahidə edirik".

Okuyan infarktın bir çox səbəbi ola biləcəyi ilə bağlı məlumatı paylaşaraq bildirib: "Siqaret, yüksək xolesterin səviyyəsi, oturaq həyat tərzi, obezite, stress, yüksək təzyiq və genetik meyl əsas risk faktorları arasındadır. Təəssüf ki, bu faktorların əksəriyyəti günümüzdə ortaqdır".

Seçilən
18
sia.az

1Mənbələr