Hərbi qulluqçuların mənzillə təminatına 35 milyon manat ayrılacaq
Gələn il dövlət büdcəsindən 20 ildən çox xidmət keçmiş hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı ilə 35 milyon manat məbləğ nəzərdə tutulub.
Reyting.az xəbər verir ki, bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub.
Bundan başqa sənəddə qeyd edilib ki, gələn il kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün dövlət büdcəsindən 15 milyon manat məbləğ ayrılıb.