AZ

DAHİ ŞAİR

(Xalq şairimiz Məmməd Araza ithaf olunur)

Varmı bu aləmdə sizə tay, bənzər,

Hər şeiriniz bir dastandır, bir əsər.

Yetirməz siz tək şairi bu bəşər,

Vətənimin şan-şöhrəti dahi şair.

***

Oxuduqca misranızı sətir-sətir,

Hər misranız qoxur sevgi, qoxur ətir,

Yurdum necə edilmişdir gözəl təsvir,

Vətənimin şan-şöhrəti dahi şair.

***

Oxuduqca hər misranı ollam bihal,

Hər sözündə minbir hikmət, təmiz amal,

Ürəklərdə daim yaşa, daim ucal,

Vətənimin şan-şöhrəti dahi şair.

 

Şölə ZƏNGƏZURLU

Seçilən
10
adalet.az

1Mənbələr