AZ

Dövlət Sosial Müdafiə Fondu beynəlxalq müsabiqədə qalib mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Pensiya və İnvestisiya” beynəlxalq qurumunun (ABŞ) müsabiqəsində “Pensiya fondunun dizaynı və islahatları” kateqoriyası üzrə qalib mükafatına layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mükafat bu günlərdə Niderland Krallığının Haaqa şəhərində keçirilən Dünya Pensiya Sammiti çərçivəsində təşkil edilmiş təltifetmə mərasimində DSMF-nin İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyevə təqdim olunub.

“Mükəmməllik və innovasiya mükafatları” adlı müsabiqədə müvafiq kateqoriya üzrə DSMF ilə yanaşı, bir sıra ölkələrin (ABŞ, Avstraliya, Kanada, İtaliya, Avstriya, Birləşmiş Krallıq, Makedoniya, Sinqapur, Kipr, Litva, BƏƏ və s.) dövlət və özəl pensiya və sosial sığorta qurumları iştirak edib. Həmin qurumlar arasından DSMF seçilərək qalib mükafatına layiq görülüb. Bu, DSMF-nin 2024-cü ildə təltif edildiyi 28-ci, 2021–2024-cü illər ərzində isə 51-ci beynəlxalq mükafatdır.

Müsabiqə beynəlxalq platformada qabaqcıl idarəetmə strategiyalarını, iqtisadi və sosial inkişafı, müasir texnologiyalardan istifadə potensialını və davamlı innovasiyaları təşviq etmək məqsədilə keçirilib.

Seçilən
29
3
yeniazerbaycan.com

4Mənbələr