AZ

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı bu qədər ARTIRILIR

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artırılır.

Modern.az xəbər verir ki, bu, barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə dair rəyində bildirlib.

Məsələ bu gün Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin müzakirəsinə çıxarılıb.

Belə ki, yeni büdcə layihəsində 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir.

Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində müəyyən olunmuşdu.

Qeyd edək ki, yaşayış minimumu öz növbəsində ehtiyac meyarı əsasında müəyyən edilir.

Yeni büdcə layihəsində 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir.

Xatırladaq ki, 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyənləşdirilir.

Seçilən
29
9
modern.az

10Mənbələr