AZ

Azərbaycanda 2025-2028-ci illərdə neft və qaz hasilatı tədricən azalacaq - CƏDVƏL

2026-2028-ci illərdə neft və əmtəəlik qaz hasilatı (2027-ci il istisna olmaqla) üzrə azalmanın davam etməsi neft-qaz sektorunun azalmasına səbəb olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

“Ölkə iqtisadiyyatının artım dinamikasına neft-qaz sektorunda hasilatın həcmi əhəmiyyətli dərəcədə təsir edir. Qeyd edək ki, neft-qaz hasilatı proqnozları aidiyyatlı təşkilatların məlumatları əsasında hazırlanıb”, - qanun layihəsində qeyd olunur.
 

Sənədə əsasən, 2024-cü ildə Azərbaycanda neft hasilatının azalacağına baxmayaraq qaz hasilatında əsas xüsusi çəkiyə malik “Şahdəniz” və “Abşeron” qaz-kondensat yataqlarında hasilatın artması sektorun inkişafına artırıcı təsir edəcək.


Proqnozlara əsasən, 2025-ci ildə Azərbaycanda neftin hasili 28,7 mln. ton, əmtəəlik qaz hasilatı isə 38,4 mlrd. kubmetr olacaq, 2028-ci ildə isə qeyd olunan göstəricilər müvafiq olaraq 26,7 mln. tona və 36,6 mlrd. kubmetrədək enəcək.

Qeyd olunur ki, 2024-cü ildə Azərbaycanda neft hasilatı 29,2 mln. ton, əmtəəlik qaz istehsalı isə 37,8 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.

Azərbaycanda neft və əmtəəlik qaz hasilatı dinamikası üzrə cədvəl:



Bizim.Media

Seçilən
10
2
bizim.media

3Mənbələr