AZ

Türkiyə-Yunanıstan sərhədində yeni körpü salınacaq

Kipi-İpsala sərhəd qapısında yerləşəcək 840 metr uzunluğundakı körpünün 344 metri Yunanıstan tərəfində olacaq.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, Yunanıstan və Türkiyə sərhədində, Evros çayı üzərində tikiləcək yeni körpünün son layihəsi İstanbulda təqdim edilib. 

Təqdimat iclasında körpünün üçölçülü videosu dərc olunub. Körpünün layihəsi "Egnatia Motorway" şirkəti tərəfindən hazırlanıb. Tikinti prosesi Yunanıstan və Türkiyə tərəfində iki ayrı tenderlə həyata keçiriləcək. Asma körpü kimi layihələndirilən konstruksiyada hər istiqamətdə iki hərəkət zolağı, qəza zolağı və hər iki istiqamətdə piyadalar üçün səkilər olacaq.

"Egnatia Highway CEO"su Kosntantinos Kuçukos Yunanıstan adından körpünün son dizaynının təyin edilməsində iştirak edib.

Onun sözlərinə görə, 400 metr uzunluğundakı yeni körpü sayəsində beynəlxalq daşımalarda yeni səhifə açılacaq:

"Eni 31,5 metr olacaq körpü mövcud körpü ilə müqayisədə daha asan və daha sürətli hərəkəti təmin edəcək".

Qeyd edək ki, hazırda Kipi-İpsala sərhəddində istifadə edilən körpü 1954-cü ildə tikilib və uzunluğu 800 metrdir. Körpünün yarısı Yunanıstan, digər yarısı isə Türkiyə rənglərinə boyanıb.

Gülşən Şərif

Seçilən
19
bakivaxti.az

1Mənbələr