AZ

İranda xərçəngə yoluxma yaşı dünya ortalamasından aşağıdır

İranda xərçəngə yoluxma yaşı başqa ölkələrlə müqayisədə təxminən 10 il aşağıdır və iranlılar daha gənc yaşlarında bu xəstəliyə yoluxurlar.

Bunu İranın Xərçəng Araşdırma Mərkəzinin başçısı Məhəmməd İsmayıl Əkbəri deyib.

O, ekoloji faktorların xərçəngə yoluxmaqda əsas amillərdən biri olduğunu söyləyib.

Əkbəri bununla yanaşı tütün məmulatlarından istifadənin də bu xəstəliyə yoluxmada ikinci əsas amil olduğuna diqqət çəkib.

Xərçəng Araşdırma Mərkəzinin başçısının sözlərinə görə, hazırda iranlı kişilərin 17%-i, qadınların isə 6%-i siqaret çəkir.

Qeyd edək ki, son statistikaya görə, İranda hər il 55 min nəfər xərçəng xəstəliyinə yoluxduğuna görə həyatını itirir.

Bununla yanaşı, son 30 il ərzində ölkədə 50 yaşdan aşağı vətəndaşlar arasında xərçəngə yoluxma hallarının 80 faiz artdığı deyilir.

visiontv.az



Seçilən
18
visiontv.az

1Mənbələr