AZ

Trampın iqamətgahını robot-itlər qorumağa başlayıb

“Boston Dynamics” şirkətinin ilk robot patrul itləri ABŞ məxfi sevisinin xidmətində peyda olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Donald Trampın ABŞ-ın Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo iqamətgahının ərazisində patrulluq edən futuristik görünüşlü robot it görüntülənib.

“Spot” adlı robot-it əvvəlcədən planlaşdırılan marşeut üzrə, tam avtomatlaşdırıla və ya əl rejimində uzaqdan idarə oluna bilər.

Metal ayaqların hər birindəki yazılar xəbərdarlıq edir: "Sığallama!"

“Mən bilmirəm kim belə bir iti sığallamaq istəyər. O, heç də gözəl görünmür”, - Kaliforniyadakı Menlo kollecinin politoloqu Melissa Mişelson deyir.

“Spot”un kurortda patrulluq etdiyini əks etdirən video TikTok-da hit oldu və müxtəlif reaksiyalara səbəb olub.

Video Amerikanın bütün komediya şoularında zarafat predmeti olub, lakin onun missiyası gülüş doğurmur.

ABŞ məxfi xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Entoni Quqlielmi deyib ki, onların əsas prioriteti seçilmiş prezidentin təhlükəsizliyini təmin etməkdir.

“Spot” çevikliyi və hazırcavablığı ilə tanınır. Robot pilləkənlərlə yuxarı və aşağı enə, çox dar məkanlarda hərəkət edə və hətta bağlı qapıları aça bilər.

Bununla belə, onun kəşfiyyat agentlikləri üçün cəlbediciliyi baha qiymətinə baxmayaraq (bir nüsxəyə təxminən 75 min dollar), “Spot”un potensial təhlükələri ilkin mərhələdə aşkar etmək qabiliyyəti ilə dəqiq izah olunur.

Quqlielmi deyib ki, patrul robotları “mühafizə əməliyyatları aparmağa kömək edən müşahidə texnologiyaları və müxtəlif qabaqcıl sensorlarla təchiz olunub”.

“Boston Dynamics” vebsaytı bildirir ki, “Spot” itə ətrafdakı mənzərəni öyrənməyə imkan verən bir neçə kamera ilə təchiz olunub və onun “başında” üçölçülü məkan xəritəsi yaradır.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr