AZ

2025ci ilin dövlət büdcəsinin 41% sosial xərclərdir

2025-ci ilin dövlət büdcəsi artan büdcədir.  Bu barədə Milli Məclisin İqtisadiyyat Komitəsinin rəhbəri Azər Əmiraslanov bildirib.
 
"2025-ci ilin dövlət büdcəsinin əsas əlamətlərindən biri onun iqtisadi strategiyanın müddəalarını nəzərə almasıdır. Burada yalnız iqtisadi strategiyamız deyil, həm də milli inkişaf prioritetlərində nəzərdə tutulan müddəalar da əks olunub", -   Azər Əmiraslanov bildirib. 

Onun sözlərinə görə, digər mühüm xüsusiyyət isə maliyyə ehtiyaclarının eyni vaxtda qarşılanmasıdır.
 
"Biz bu məsələyə xüsusilə həssas yanaşırıq, çünki ölkəmizin iqtisadi və siyasi inkişaf tarixində belə hallara nadir rast gəlinir. Eyni zamanda, mühüm strateji vəzifələrimiz daxili imkanlar hesabına həyata keçirilir. Yəni Azərbaycan digər ölkələr kimi xarici kreditlər və borclara əsaslanaraq deyil, daxili maliyyə imkanları ilə öz taleyüklü vəzifələrini icra edir. Büdcə dayanıqlığını təmin etmək üçün fiskal və qeyri-fiskal tədbirlər paralel olaraq həyata keçiriləcəkdir və ən vacibi odur ki, bu dayanıqlıq həm büdcə, həm də iqtisadi siyasətin əsas prinsipi olaraq qəbul edilir", - komitə rəhbəri qeyd edib. 

Əmiraslanovun sözlərinə görə,  2025-ci ildə sosial yönümlülük büdcənin əsas xüsusiyyətlərindən biridir. Belə ki, sosial yönümlü xərclər büdcə xərclərinin 41 faizini təşkil edir. 
 
N.Təbrizli

www.anews.az
Seçilən
10
anews.az

1Mənbələr