AZ

Azərbaycan boksçusu MDB ölkələri kəməri uğrunda revanş döyüşünə çıxacaq

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov MDB ölkələri kəməri uğrunda revanş döyüşünə çıxacaq.

Hafta.az bildirir ki, bu barədə 50 yaşlı boksçunun özü məlumat verib.

O, bildirib ki, kəmər uğrunda ilk görüşdə məğlub etdiyi dağıstanlı boksçu Rəsul İbrahimovla yenidən üz-üzə gələcək: “Qarşılaşma bu ilin dekabrında Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunacaq. Kəməri qorumaq istəyirəm. Növbəti hədəfim Avropa kəmərini qazanmaq olacaq. Həmin döyüş gələn ilin əvvəlində Türkiyə və ya Almaniyada keçirilməlidir. İnanıram ki, gələcəkdə dünya kəmərini də qazanacağam”.

Qeyd edək ki, Əli İsmayılov bu ilin iyun ayında Moskva şəhərində təşkil olunmuş boks gecəsində qalib gələrək ilk dəfə Azərbaycana MDB kəmərini gətirib.

Seçilən
27
hafta.az

1Mənbələr