AZ

Soyuq su və ya, soyuq hava xəstə edərmi?

Soyuq su ilə duş qəbul etməyin sizi qışa hazırladığını bilirdinizmi?

Turkustan.az xəbər verir ki, müntəzəm olaraq soyuq duş qəbul etmək immunitet sistemini gücləndirməklə yanaşı, maddələr mübadiləsinə təsir edir və sizin şəkər səviyyənizi nəzarətdə saxlamağa kömək edir.

Populyar bir trend olmaqla yanaşı, müntəzəm soyuq duş qəbul etməyin bir çox bilinən və bilinməyən faydaları vardır. Mütəxəssislər bildirir ki, soyuq duş sizin immunitet sisteminizi gücləndirir.

Beləliklə, buzla dolu vannaya girməsəniz belə, sərin duş qəbul edin. Bu zaman orqanizminizdə nələr baş verəcək?

1. İmmunitet sisteminiz güclənəcək.

2. İltihabınız azalacaq.

3. Daha enerjili olacaqsınız.

4. Şəkər səviyyəniz nəzarətdə qalacaq.

5. İdmandan sonra bədəniniz daha tez toparlanacaq.

Soyuq duş həmçinin bədəndəki stress hormonlarını azaldaraq stresə qarşı daha çevik və güclü bir zehni quruluş yaratmağınıza kömək edir. Deyə bilərik ki, soyuq su, hormonal stress kimi (idman zalında ağırlıq qaldırmaq kimi) təkcə bədəni deyil, zehnimizi də, iradə əzələmizi də gücləndirən bir məşqdir. Soyuq duş altında sakitcə nəfəs almaqla, gün ərzində qarşılaşdığınız stress amillərini beyninizdən atacaqsınız.

Bizi xəstə edən soyuq deyil, mikroblardır, amma soyuq havada və ya duş qəbul etdikdən sonra xəstələnə bilərik. Bunun bir çox səbəbi var, amma qısaca olaraq; Davamlı geyinmək və isti mühitlərdə olmaq, bədənimizin soyuqla qarşılaşdıqda nə edəcəyini bilməməsi, qışda daha çox evdə qalmaq və ətrafımızda xəstə insanların çox olması, immun sisteminin zəifləməsi, qida çatışmazlığı, yuxusuzluq və s.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
28
turkustan.az

1Mənbələr