AZ

Rusiyada məmur ov zamanı bir nəfəri güllələdi

İrkutsk vilayətinin cinayət axtarış idarəsinin rəisi, polkovnik Andrey Jbanov ov edərkən təsadüfən bir nəfəri güllələyib.

Oxu24.com  xəbər verir ki, bu barədə "Baza Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, o, heyvan olduğunu düşündüyü ladin meşəsinə doğru silahdan atəş açıb. Lakin güllə 62 yaşlı kişinin döş qəfəsinə dəyib və o, yerindəcə dünyasını dəyişib.

Hadisədən sonra polkovnik barəsində cinayət işi açılsa da, o, öz ərizəsi ilə sərbəst buraxılıb.

Seçilən
15
1
oxu24.com

2Mənbələr