Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 5,5 mln. tona yaxın neft emal edilib, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.
Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.