AZ

Bu deputatların maaşı artdı

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının aylıq vəzifə maaşları artıb.

Yeni çağırış deputatların aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək.

Əvvəllər deputatlar Ali Məclisin qərarı ilə müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılarsa, yeni qaydalara əsasən, artıq onların maaşının məbləği "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qanunda göstəriləcək.

Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3 min 330 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Ali Məclis sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 95 faizini (3 min 163 manat), sədrin müavini 90 faizini (2 min 997), komitə sədri 65 faizini (2 min 164 manat), komitə sədrinin müavini 60 faizi (1998 manat), sıravi deputat isə 50 faizi (1665 manat) miqdarında aylıq vəzifə maaşı alacaq.

Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1,5 misli həcmində vəzifə maaşına əlavə alırlar.

Həmçinin Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət pulu veriləcək./report


Seçilən
84
49
news24.az

10Mənbələr