AZ

ABŞ-da coli bakteriyası yerköküdə aşkarlandı

ABŞ-nin 18 ştatında qablaşdırılan yerkökülərdə bağırsaq çöpləri virusu (Coli) aşkar edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən edilən açıqlamada bir şirkətə məxsus qablaşdırılmış orqanik yerkökülərdə coli bakteriyasının aşkar edildiyi bildirilib.

Açıqlamada, ABŞ-da qablaşdırılmış orqanik kök istehlakı səbəbindən koli bakteriyasına yoluxan 39 nəfərdən birinin öldüyü, 15 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən şirkət tərəfindən satılan bütün qablaşdırılmış köklər supermarket rəflərindən yığılıb, müştərilər aldıqları məhsulları yoxlamaq üçün çağırılıb.

İnsan və heyvanların bağırsaqlarında tapılan koli bakteriyaları ümumiyyətlə zərərsiz olsa da, bəzi növləri qida zəhərlənməsi, sidik yolları və qan dövranı infeksiyalarına səbəb ola bilər.

Gülay
Seçilən
18
azxeber.com

1Mənbələr