AZ

Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Ucar rayonunun Qəzyan, Boyat, Bağban, Bərguşad, Yuxarı Şilyan və Qulabənd kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri” tenderinin nəticələrini elan edib.

Şuşa şəhərinin xarici su təchizatı 33,2 milyon manata başa gələcək

FED.az xəbər verir ki, tenderin qalibi “Euroline” QSC olub.

Qalib şirkətə 6 665 309 manat ödəniləcək.

Xatırladaq ki, adı çəkilən tender üzrə ehtimal qiyməti 9,2 milyon manat planlaşdıırlmışdı. Lakin qalib şirkət 2,6 milyon manat daha ucuz məbləğ qazana bilib.

Qeyd edək ki, “Euroline” QSC-nin nizamnamə kapitalı 2 200 manat təşkil edir, qanunu təmsilçisi Muhammad Asifdir. Şirkət 15.04.1999-cu il tarixində yaradılıb və hüquqi ünvanı Şəki rayonun Qoxmuq kəndidir.

Seçilən
12
fed.az

1Mənbələr