AZ

"İqtisadiyyatın yüksək dərəcədə şəffaflaşması müşahidə olunur" - Nazir müavini

Ölkənin maliyyə təhlükəsizliyi yastığı, strateji valyuta ehtiyatları 2019-cu ilin əvvəlindən 2024-cü ilin 1 noybarınadək 1,6 dəfə artaraq 73 milyard dollara çatıb. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

Nazir müavini bildirib ki, belə bir iqtisaid fonda son illərdə iqtisadiyyatın yüksək dərəcədə şəffaflaşması müşahidə olunur.

"2019-cu ilin əvvəlindən son tarixədək əmək müqavilərinin sayı cəmi 470 minədək, o cümlədən qeyri-neft, özəl sektorda 446 minədək artıb. Bu da əmək bazarının əhəmiyyətli dərəcədə şəffaflaşmasını ifadə edir".

Anar Kəlbiyev

Seçilən
3
3
unikal.az

4Mənbələr