AZ

Azərbaycan bu il 24 milyon ton neft hasil edib

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 24,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.

Bizim.Media Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, neft hasilatının 13,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (7,3 faiz az), 3,5 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in (2,8 faiz az), 0,5 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının(1,5 dəfə çox) payına düşüb. SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib (4,4 faiz az).
 

Bu dövrdə 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca nəql olunub. Bunun 17,4 milyon tonu konsorsiumların, 2,5 milyon tonu isə SOCAR-ın payına düşüb.


Neftin emalı bu ilin yanvar-oktyabr aylarında 5,5 milyon ton təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 79,947 min ton olub. Bunun 65,462 min tonunu xam neft, 14,485 min tonunu qaz kondensatı təşkil edib.

Bizim.Media

Seçilən
19
3
bizim.media

10Mənbələr