AZ

Sabahdan yeni ekspres avtobus marşrutu İSTİFADƏYƏ VERİLİR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Noyabrın 19-dan Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini "Sədərək" ticarət mərkəzi ilə əlaqələndirən E2 nömrəli ekspres marşrut fəaliyyətə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Marşrut üzrə avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə saat 06:00-dan 20:00-dək sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə gediş haqqı 0.50 AZN müəyyən edilib.
Marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı "ASAN xidmət", Zərifə Əliyeva küçəsi ("Sahil" metro stansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi davam etdirilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkizi" vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.
Seçilən
36
50
oxu.az

10Mənbələr