AZ

Rusiyada bu meyvə kəskin ucuzlaşacaq - Azərbaycanda necə?

Rusiyada bu meyvə kəskin ucuzlaşacaq - Azərbaycanda necə?Yeni ilə yaxın Rusiyada naringi qiymətləri kəskin ucuzlaşa bilər.

BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, bu, Türkiyə, Misir və Mərakeşdən olan tədarük həcmlərinin artması və mağazaların məhsulun daha tez satılması üçün endirimlər elan etməsi ilə əlaqədardır.

Hazırkı qiymət artımı dolların məzənnəsinin yüksəlməsi ilə birbaşa bağlıdır. Çünki məhsullarla bağlı məhz ABŞ valyutası ilə müqavilə bağlanır. Həmçinin logistikanın bahalaşması və hesablaşmalarda yaşanan çətinliklər də qiymətlərə təsir edir.

Buna qədər Türkiyədə məhsulun az olması və ixracın bir neçə dəfə azalması səbəbindən, bayramlar ərəfəsində tələbatın artması fonunda Rusiyada naringi qıtlığı yarana biləcəyi deyilirdi. Lakin Rusiya hökumətinin gördüyü tədbirlər qıtlıq təhlükəsini aradan qaldırmaqla yanaşı, qiymət ucuzlaşmasına da gətirib çıxaracaq.

Maraqlıdır ki, Azərbaycanda fermerlərin ixrac üçün üz tutuduğu Rusiya bazarındakı mövcud vəziyyət Azərbaycanda mandarin qiymətlərinə necə təsir edəcək. Hazırda ölkə bazarlarında naringinin qiyməti 1.50 AZN- 4 AZN arasında dəyişir.

Seçilən
27
sonxeber.az

1Mənbələr