"Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvili siqnal göndərib ki, əgər müxalifət danışıqlar masasına oturarsa Gürcüstanın Baş naziri İrakli Kobaxidze siyasi səhnədən tamamilə çıxacaq”.
Missiya.Az xəbər verir ki, bunu “Dəyişiklik üçün Koalisiyanın” liderlərindən biri Nika Qvaramiya "Tvpirveli" tv-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Bidzina İvanişvilinin nümayəndəsi Gürcüstan sərhədlərindən kənarda onlarla əlaqə saxlayıb və bir növ danışıqlar təklifi irəli sürüb. Lakin bu təklif müxalifət tərəfindən qətiyyətlə rədd edilib.
Qvaramiya qeyd edib ki, İvanişvilinin təklifi Kobaxidzenin siyasi səhnədən tamamilə yox olması qarşılığında müxalifətin “Gürcü Arzusu” partiyası ilə danışıqlara oturmasını nəzərdə tuturdu.
Onun sözlərinə görə, danışıqlar yalnız bir mövzuda aparıla bilər:
"Yeni seçkilərin keçirilməsi və hakimiyyətin dinc yolla təhvil verilməsi.
Kobaxidze bizim üçün heç bir şey ifadə etmir, İvanişvili isə bunu anlamalıdır", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az