AZ

“Klubdan getmək istədiyini dedi, rəhbərlik də razılıq verdi”

«O, öz istəyi ilə buradan getdi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Masazır təmsilçisinin press-ateşesi əsas komandanın qapıçılar üzrə məşqçisi Vitali Kovalyovun iş yerindən ayrılması haqda danışıb.

Öz sahəsinin peşəkarı olan funksioner bunları söyləyib:

«Kovalyov ayrılmaq fikrində olduğunu dedi. Rəhbərlik də razılıq verdi.

Tərəflər arasında hər hansı problemdən söhbət gedə bilməz. Onun yerinə hələ rəsmi təyinat olmayıb».

Seçilən
32
sportinfo.az

1Mənbələr