Bakı. Trend:
İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri260 700 000,0 manat məbləğində proqnozlaşdırılır.
Trendxəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “AzərbaycanRespublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanunlayihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifov vurğulayıb ki, İşsizlikdən sığorta fondunun 2025-ci ilbüdcəsinin gəlirləri 206 400 000,0 manat, İşsizlikdən sığortafondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ciilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait 54 300000,0 manatdır.