Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo gündəmi zəbt edən bir paylaşım edib.
"Cebheinfo.az" xəbər verir ki, o, "YouTube" kanalına gələcək növbəti qonaqla bağlı iddialı anons verib. "Bir sonrakı "YouTube" qonağım ilə interneti dağıdacağıq", - deyə qeyd edib.
Ronaldonun bu paylaşımı sosial şəbəkələrdə viral olub. Bütün dünyada qonağın kim olacağı ilə bağlı müxtəlif iddialar səsləndirilib. Ən çox paylaşılan iddia isə dünya çempionu Leo Messi olub. Sosial şəbəkə istifadəçiləri düşünürlər ki, Leo Messi əzəli rəqibi Kriştiano Ronaldonun "YouTube" kanalında qonaq olacaq. Qeyd edək ki, Ronaldonun "UR Cristiano" adlı "YouTube" kanalı açıldıqdan sadəcə 90 dəqiqə sonra 1 milyon abunə sayını keçib. Ulduz futbolçu 1 həftə keçmədən isə 50 milyon abunə sayına çatıb.