AZ

"Titanik" sərnişinlərini xilas edən kapitanın saatı görün neçəyə satıldı

"Titanik"in sərnişinlərini xilas edən "Karpatiya" paroxoduna komandirlik edən kapitan Artur Henri Rostronun qızıl cib saatı hərracda 1,96 milyon dollara satılıb.

Publika.az xəbər verir ki, bu barədə "Sky News" "Henry Aldridge and Son" hərrac evinə istinadən məlumat yayıb.

Bildirilir ki, “Titanik”in 700 sərnişinini xilas etmək üçün kapitana hədiyyə edilən 18 karatlıq qızıldan hazırlanmış saat rekord qiymətə - 1,56 milyon funta satılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, 1912-ci il aprelin 15-nə keçən gecə batan "Titanik"dən ilk qəza siqnalı alan “Karpatiya” paroxodu olub. Rostron kursun dərhal dəyişdirilməsini əmr edib və faciənin baş verdiyi yerə doğru gedib. Daha sonra təbii fəlakət nəticəsində həlak olan nüfuzlu iş adamlarının üç dul arvadı kapitana onun fədakar hərəkətlərinə görə minnətdarlıq bildirən yazı həkk olunmuş qızıl saat hədiyyə ediblər.

Xatırladaq ki, dövrünün ən böyük sərnişin gəmisi sayılan "Titanik" Sautqemptondan Nyu-Yorka ilk səfəri zamanı aysberqlə toqquşaraq batıb. 700 nəfər xilas edilsə də, 1500-ə yaxın insan həlak olub.

Seçilən
17
1
publika.az

2Mənbələr