AZ

Hava limanında saxlanılan şəxsdə tarantul tapıldı


Peru rəsmiləri yüzlərlə tarantula, qırxayaq və güllə qarışqası ilə ölkədən çıxmağa çalışdığı iddia edilən Cənubi Koreyadan olan şəxsi hava limanında saxlayıb.

Adı açıqlanmayan 28 yaşlı şəxs Peru Beynəlxalq Hava Limanından 8 noyabrda təyyarəyə minərək öz ölkəsinə qayıtmağa çalışıb.

Təhlükəsizlik yoxlamaları zamanı işçilər onun qarnının şişkin olduğunu görüblər.

Həmin şəxsdən köynəyini qaldırmağı tələb ediblər.

Yoxlama zamanı məlum olub ki, həmin şəxsin bədəninə kəmər vasitəsilə onlarla plastik qab bağlanıb. Bu qablardan ümumilikdə 35 yetkin tarantula, 285 cavan tarantula, 110 qırxayaq və 9 güllə qarışqası çıxıb.

Rəsmilər bütün heyvanların Perunun Amazon bölgəsinə məxsus olduğunu və tarantulaların nəsli kəsilməkdə olan canlılar siyahısında yer aldığını bildiriblər.

Fransada tranzit edərək Cənubi Koreyaya uçmağı planlaşdıran şəxs həbs edilib və ona qarşı cinayət işi açılıb.

Saxlanılan heyvanların vəziyyəti ilə bağlı araşdırmalar davam edir.

Peru Milli Meşə və Vəhşi Təbiət İdarəsinin əməkdaşı Valter Silva bildirib ki, saxlanılan heyvanlar milyonlarla dollar dəyərində olan qlobal qanunsuz vəhşi təbiət ticarətinin bir hissəsidir.\\BAKU.WS 

Seçilən
16
1
musavat.com

2Mənbələr