AZ

Paşinyandan səs-küylü qərar: İddianı təsdiqlədi

Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hökumətdə böyük istefa dalğasının olacağı iddiasını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə məlumat verib.

“Fəal ictimai müzakirələrə cavab olaraq, vəziyyəti aydınlaşdırmağın vacib olduğunu hesab edirəm. Mən bir sıra yüksək vəzifəli şəxslərdən vəzifələrini tərk etmələrini xahiş etmişəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, istefaların səbəbi şəxsi amillərlə əlaqəli deyil, sistemli problemlərlə bağlıdır.


Müəllif: Qənirə Süleymanova
Seçilən
7
teleqraf.com

1Mənbələr