AZ

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 100 milyon manat artırılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2025-ci ildə Azərbaycanda güzəştli ipoteka kreditlərinin verilməsi üçün İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 100 milyon manat artırılacaq.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.
"Bu, şübhəsiz ki, əhalinin mənzil təminatının yaxşılaşdırılmasına müsbət təsir edəcək", - deyə o qeyd edib.
Xatırladaq ki, hazırda Fondun nizamnamə kapitalı 1 milyard 68,4 milyon manatdır.
Seçilən
18
oxu.az

1Mənbələr