AZ

Nikolas Maduro Qərbin Ukrayna ilə bağlı qərarını pisləyib: Rusiya Venesuelanın bacısıdır

Venesuela lideri Nikolas Maduro bildirib ki, Kiyevə Rusiya ərazisinə raket zərbələri endirməyə icazə verən ABŞ, Fransa və Britaniya hakimiyyəti “intiqam və çılğınlıq mərhələsinə” keçib.

“Mən sizə deyirəm, bu, həlledici məqamdır. Deyə bilərəm ki, onlar Şimali Amerika imperializminin dəlilik mərhələsinə, qisas mərhələsinə qədəm qoyublar”.

Venesuela prezidenti ABŞ, Fransa və Britaniya hökumətlərini Zelenskiyə Rusiya Federasiyasının ərazisinə zərbə endirməsinə icazə verən “şərlərin müqəddəs ittifaqı” adlandırıb. Maduro Rusiyanın Venesuelanın “bacısı” olduğunu vurğulayıb.

Xatırladaq ki, “The New York Times” ABŞ-ın hazırkı prezidenti Co Baydenin Kiyevə Rusiya Federasiyasının dərinliklərinə ATACMS raketləri atmağa icazə verdiyini öyrənib.

//Samir Qurbanov,Editor.az

Seçilən
14
50
editor.az

10Mənbələr