AZ

Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqu keçirilib

Bakı.Trend:

Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqukeçirilib.

Trend xəbər verir ki,tədbirdə Azərbaycan və Almaniya arasında bərpa olunan enerjisahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO vəAlmaniyanın Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə COP29çərçivəsində “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycanyüksək səviyyəli biznes dialoqu baş tutub. Tədbirdə hər ikitərəfdən bərpa olunan enerji, qida istehsalı və qablaşdırma, İKT vətexnologiya xidmətləri, su idarəetmə texnologiyaları, avtomobilsənayesi həlləri və digər sektorlardan 40-a yaxın şirkətnümayəndələri iştirak edib.

Tədbirin açılışında çıxış edən AZPROMO-nun icraçı direktoruYusif Abdullayev Azərbaycan-Almaniya iqtisadi-ticarət əlaqələri, ocümlədən alman şirkətlərinin ölkəmizdəki fəaliyyəti haqqındaməlumat verib. Qeyd edilib ki, Almaniya nümayəndə heyətininAzərbaycana fevral səfərindən sonra bir neçə alman şirkəti iləuğurlu danışıqlar aparılıb və sənaye, “yaşıl” enerji, İKTsektorlarında razılaşmalar əldə olunub.

Almaniyanın Şərqi Biznes Assosiasiyasının idarəedici direktoruMixael Harms iqtisadiyyatda yaşıl transformasiyanın əhəmiyyətinivurğulayaraq bildirib ki, ölkəmizin bərpa olunan enerji sahəsindəpotensialını və Almaniyanın bu istiqamətdə nailiyyətlərini nəzərəalaraq sözügedən sahədə birgə təşəbbüslərin reallaşdırılması genişperspektivlər vəd edir.

Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyin(KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Almaniyanın Federalİqtisadi İşlər və İqlim Fəaliyyəti Nazirliyinin (BMWK) Sənayesiyasəti departamentinin rəhbəri Bit Baron çıxış edib.

Tədbir Azərbaycan və Almaniya arasında alternativ enerjisektorunda tərəfdaşlığın genişləndirilməsi imkanları mövzusundamüzakirələrlə davam edib, sahibkarları maraqlandıran suallarcavablandırılıb.

Seçilən
24
4
az.trend.az

5Mənbələr