AZ

Dönər, kabab, tava yeməkləri ilə bağlı XƏBƏRDARLIQ

Qida zəhərlənməsinin əsas səbəbi olan salmonella bakteriyası hətta qoruyucu bakteriyaların mövcudluğunda da bağırsaqları işğal edə bilər. 

Bunu Kaliforniya Universitetində aparılan yeni araşdırması təsdiqləyib. 

“Cebheinfo.az” “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilən araşdırmaya istinadən bildirir ki, patogenin orqanizmin təbii müdafiəsini keçmək üçün bağırsaq mühitini necə aldatdığını izah edir. Həzm sistemi trilyonlarla bakteriyaya ev sahibliyi edir, onların çoxu zərərli patogenlərlə mübarizə aparmağa kömək edən qısa zəncirli yağ turşuları (SCFAs) istehsal edir. 

Lakin salmonella bu qoruyucu birləşmələrin olmasına baxmayaraq, bağırsaqlarda böyüməyi və yayılmağı bacarır. Salmonella bu müdafiəni necə aşır? “Biz bilirdik ki, salmonella nazik bağırsağa nüfuz edir, baxmayaraq ki, bu onun əsas çoxalma yeri deyil. Bu, kolonda baş verir",- deyə tədqiqatın aparıcı müəllifi, Kaliforniya Universitetinin professoru, tibbi mikrobiologiya və immunologiya kafedrasının sədr müavini Andreas Baumler bildirib. 

Baumler və komandası müəyyən edib ki, cavab patogenin bağırsaqdakı qida maddələrinin balansını necə dəyişdirməsindədir. Salmonella nazik bağırsağa daxil olduqda, bağırsağın selikli qişasının iltihabına səbəb olur və qidadan amin turşularının normal sorulmasına mane olur. Bu, bağırsaqlarda qida maddələrinin balanssızlığını yaradır. 

Balanssızlıq salmonellaya faydalı bakteriyaların adətən böyüməsini maneə törətdiyi yoğun bağırsaqda (kolon) sağ qalmaq və çoxalmaq üçün lazım olan resursları verir. Tədqiqat salmonellanın qalın bağırsaqda çoxalmasına imkan verən qidaları əldə etmək üçün nazik bağırsaqda iltihaba səbəb olduğunu müəyyən edib. 

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, salmonella bakteriyası düzgün şərtlər altında emal olunmayan, saxlanılmayan quş əti yeməklərində (dönər, kabab, tava yeməkləri və s.) daha çox görünür: 

"Eyni zamanda, bu virus pasterizə edilməyən südlərdə, qırmızı ət məhsullarında da görünür. Çox nadir hallarda dəniz məhsullarında da bu bakteriyaya rast gəlmək olur. Məlumdur ki, ölkədə əsasən toyuq dönərlərindən zəhərlənmə halları baş verir. Bu hallardan qorunmaq üçün ətlərin kəsimi zamanı diqqətli olmaq, dönərxanaların Qida Təhlükəsizliyi Agentliyinin nəzarətində olan kəsim məntəqələrindən ət almaları tövsiyə olunur. Müəssisəyə qəbul edilən ətlər də yoxlanmalıdır. 

Əsasən insanlar doğru bildikləri yalnışları edirlər. Məsələn, donmuş toyuğu gecədən çıxarıb səhərə kimi buzunun açılmağını gözləyirlər. Halbuki 5 dərəcədən artıq olan mühit tempraturunda məhsulların qalması yolverilməzdir, çünki ətdə çirklənmə yaranır və bakteriya yükü çoxalır. Buna görə də qida haqqında biliklərimizi inkişaf etdirməliyik. Xüsusilə körpəsi olan analar bu kimi hallarda diqqətli olmalıdırlar". 

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr