AZ

Almaniya Ukraynaya Taurus raketlərini verəcək?

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Ukraynaya öz silahları ilə Rusiyanı vurmasına icazə verməsi ilə bağlı xəbərlər fonunda Kiyevə uzaqmənzilli "Taurus" raketlərinin tədarükü ehtimalını şərh edib...

Poliqon Tagesschau portalına istinadən xəbər verir ki, Pistorius "Taurus"un tədarükünün müharibədə həlledici amil olmadığını bildirib.

"Taurus"un tədarükü ilə bağlı sualı cavablandıran Pistorius deyib: "Milli təhlükəsizlik və NATO strategiyaları üçün həqiqətən vacib olan arqumentlər var. Bu haqda adətən danışılmır".

O, həmçinin Vladimir Putinlə telefon danışığı olan kansler Olaf Şoltsun da mövqeyini müdafiə etməyə çalışıb.

"Hazırda Putinlə sülhdən danışmaq mümkün deyil, lakin eyni zamanda biz Ukraynanı dəstəkləyərək təkrar-təkrar cəhd etməliyik", deyə Pistorius bildirib.

Eyni zamanda, onun sözlərinə görə, söhbətdən 48 saat keçməmiş məlum olub ki, Putin kursunu dəyişmir və sülh danışıqları və ya barışıq haqqında düşünmür.

Noyabrın 17-də Ukraynaya kütləvi raket hücumunu şərh edən Pistorius bildirib ki, Putin Ukraynanın mülki infrastrukturunu uzun müddətdir görünməmiş şəkildə havadan bombalamağı əmr edib.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr