AZ

Azərbaycanda narkoloji mərkəzlərdə 866 xəstə müalicə alır

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə Respublika Narkoloji Mərkəzində 331, QİÇS-lə Mübarizə Mərkəzində 386, Sumqayıt Narkoloji Mərkəzində 149 nəfər, ümumilikdə 866 xəstə müalicə alır.

"Unikal" xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 74625 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2545 nəfərdən 1635 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin oktyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 58 nəfəri (5,7%-i) inyekson narkotik istifadəçiləri olub.

Seçilən
16
6
unikal.az

7Mənbələr