AZ

Tranzit yüklər ən çox hansı istiqamətlərdə daşınır? - Rəsmi açıqlama

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyard 905,5 milyon ton-km olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 faiz və 2,1 faiz artım müşahidə olunub.

Yeniavaz.com xəbər verir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 12 milyon 765,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 6 milyon 522,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə  4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi isə 279,3 min ton təşkil edib. Yüklərin 11 milyon 304,2 min tonu və ya 45,9 faizi dəmir yolu nəqliyyatı, 7 milyon 353,6 min tonu və ya 29,9 faizi avtomobil nəqliyyatı, 5 milyon 962,3 min tonu və ya 24,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklərin 57,9 faizini və ya 14 milyon 247,1 min tonunu tranzit yüklər təşkil edib.
Seçilən
29
4
qaynarinfo.az

10Mənbələr