Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio UEFA Millətlər Liqasında İtaliya ilə matçda erkən qol vurub. “Marsel”in futbolçusu oyunun 59-cu saniyəsində hesabı açıb.
Apasport.az “Opta”-ya istinadən xəbər verir ki, bu qol Fransa yığmasında son 40 ildə rəsmi səfər matçlarında (1984-cü ilin oktyabrında Patrik Battistonun Lüksemburq millisinin qapısına vurduğu qoldan sonra) vurulan ən erkən qol olub.
İtaliya – Fransa matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın futbolçusu oynadı, millisi qələbə qazandı
İsveç millisinin müdafiəçisi zədələnib
Poqba məşqlərini Amerikada davam etdirir
Osimhen Premyer Liqa yolunda
Neymar “Santos” yolunda