AZ

Malayziya 2050-ci ilə qədər enerji istehlakında 70 faiz bərpa olunan enerji payına çatmağı hədəfləyir

Bakı. Trend:

Malayziya 2050-ci ilə qədər enerji istehlakında bərpa olunanenerji mənbələrinin (BEM) 70 faiz payına çatmağı qarşısına məqsədqoyub.

Trend xəbər verir ki, bubarədə Malayziyanın təbii sərvətlər və ətraf mühitin mühafizəsinaziri Nik Nazmi Bin Nik Əhməd COP29 çərçivəsində keçirilən "Sənayevə energetikanın qlobal dekarbonizasiyasının sürətləndirilməsi –iqtisadiyyatın modernləşdirilməsi və inkişaf proqramı" mövzusundapanel müzakirə zamanı bildirib.

"Bu il biz daha iddialı iqlim məqsədimizi elan etdik — 2050-ciilə qədər karbon neytrallığına nail olmaq. Malayziya kimi nisbətəngənc sənaye ölkəsi üçün bu, siyasət və iqtisadi strukturlardaəhəmiyyətli dəyişikliklər tələb edən çətin bir tapşırıqdır. Bununlabelə, biz Cənub-Şərqi Asiya regionu üçün ambisiyalar mayakı olmağaçalışırıq. Bu region iqlim dəyişikliklərinə qarşı xüsusiləhəssasdır və biz öz töhfəmizi vermək istəyirik.

Əsas addımlarımızdan biri karbon neytrallığına nail olmaqyolunda dəqiq bir öhdəlikdir. Hazırda enerji sistemimizdə bərpaolunan enerjinin payı 25 faiz təşkil edir, lakin 2050-ci ilə qədərbu rəqəmi 70 faizə çatdırmağı hədəfləyirik", - deyə ovurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
26
1
az.trend.az

2Mənbələr