AZ

“Qalatasaray” türkiyəli müdafiəçini istəyir

“Qalatasaray” qışda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi “Trabzonspor”da çıxış edən Eren Elmalıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.

“Qalatasaray” Qara Dəniz klubuna 3 milyon avro və yarımmüdafiəçi Kerem Demirbayı təklif edəcək.

Qeyd edək ki, “Trabzonspor” Eren Elmalını 2022-ci ilin yayında “Kasımpaşa”dan transfer edib. Türkiyə millisinin üzvü olan 24 yaşlı sol cinah müdafiəçisi bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Seçilən
11
1
msport.az

2Mənbələr